EN

PSJ və "Atletiko" yarımfinalda!- ÇL-də nəticələr

style='margin-bottom:10px;'>

Bu gün Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gəlib. 

QOL.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçirilib.

Belə ki, bu gün nəhənglərin duelləri gerçəkləşib. "Atletiko" 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi "Barselona"nı qəbul edib və 1:2 hesabı ilə uduzub. İki oyunun cəmində Madrid təmsilçisi mərhələ adlayıb. Komanda yarımfinalda "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

İngiltərədə isə "Liverpul" ötən həftə uduzduğu PSJ-ni sınağa çəkib. "Mersisaydlılar" bu dəfə də Paris klubuna məğlub olublar. Beləliklə, PSJ 1/2 finalda "Bavariya" (Almaniya) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü sabah baş tutacaq. 

14 aprel

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa) - 0:2

Qollar: Dembele, 72, 90+1

İlk oyun - 0:2

23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya) - 1:2

Qollar: Lukman, 31 - Yamal, 4, Torres, 24

Qırmızı vərəqə: Qarsiya, 79 ("Barselona")

İlk oyun - 2:0

15 aprel

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

Yarımfinal

PSJ - "Bavariya" / "Real"

"Atletiko" - "Arsenal" / "Sportinq"

Chosen
33
5
teleqraf.com

10Sources