EN

Münhendə DƏHŞƏTLİ CİNAYƏT: Çinli tələbə 11 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Münhendə çinli tələbə silsilə zorlama ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Almaniyanın Münhen şəhərində məhkəmə 28 yaşlı çinli tələbəni öz rəfiqəsinə qarşı dəfələrlə zorakılıq etdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edib.

İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs azı səkkiz dəfə tərəf müqabilini narkotik maddələrdən istifadə edərək huşsuz vəziyyətə salıb, ona qarşı zorakılıq edib və baş verənləri videoya çəkib.

Hakim təqsirləndirilən şəxsin əməllərini “yüksək dərəcədə cinayətkar, peşəkarcasına hazırlanmış, qeyri-insani, qadın düşmənçiliyi xarakterli və dəhşətli” kimi qiymətləndirib.

Məhkəmə prosesində təqsirləndirilən şəxs günahını etiraf edib.

Prokurorluq cinayətlərin xüsusilə ağır olmasını əsas gətirərək ömürlük həbs cəzası tələb etsə də, müdafiə tərəfi yeddi illik həbs cəzası istəmişdi.

Məhkəmə zamanı, həmçinin məlum olub ki, təqsirləndirilən şəxs Berlin və Frankfurtda yaşayan həmvətənləri ilə bir çatda birləşərək, oxşar təcrübələrini bölüşüblər.

Qeyd edək ki, bu şəbəkənin digər iki üzvü artıq məhkum olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
20
35
interpress.az

10Sources