EN

Neftlə bağlı BƏDBİN PROQNOZ

Dünya Bankının prezidenti Ajay Banga hesab edir ki, ABŞ–İsrail əməliyyatı fonunda qlobal neft qiymətlərinin artımı baxımından aprel ayı mart ayı ilə müqayisədə daha çətin keçəcək.

Publika.az xəbər verir ki, bu barədə o, Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının rəhbər orqanlarının yaz iclası çərçivəsində təşkil olunan konfransda bildirib.

Ajay Banga qeyd edib: “Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: düşünürəm ki, aprel ayı hazırda gözlənildiyindən daha gərgin olacaq. Çünki mart ayında dənizdə olan neft artıq təyinat nöqtələrinə çatıb və həmin dövrdə Hörmüz boğazından əlavə ciddi bir hərəkət qeydə alınmayıb”.

Chosen
12
11
publika.az

10Sources