EN

“Tramp İranla böyük sövdələşmə istəyir”

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Tramp İranla böyük sövdələşmə istəyir”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens ABŞ nümayəndə heyətinə rəhbərlik etdiyi və 20 saatdan çox davam edən İranla danışıqlar barədə danışarkən deyib.

O qeyd edib ki, Prezident Donald Tramp İranla məhdud razılaşma deyil, genişmiqyaslı və strateji böyük sövdələşmə əldə etməyə çalışır.

“Prezident kiçik bir sövdələşmə istəmir. O, böyük sövdələşmə istəyir”, – deyə Vens vurğulayıb.

Onun sözlərinə görə, Tramp administrasiyası İrana nüvə silahından imtina müqabilində geniş iqtisadi imkanlar təklif edir. “O, bu sövdələşməni təklif edir və deyir ki, əgər siz nüvə silahına sahib olmamağa öhdəlik götürsəniz, biz İranı çiçəkləndirəcəyik”, – deyə vitse-prezident qeyd edib.

O əlavə edib ki, belə bir razılaşma halında ABŞ İranın qlobal iqtisadiyyata inteqrasiyasını dəstəkləməyə hazırdır: “Biz İranı iqtisadi baxımdan inkişaf etdirəcəyik və İran xalqını dünya iqtisadiyyatına görünməmiş şəkildə cəlb edəcəyik”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
50
qafqazinfo.az

10Sources