EN

Britaniya ordusu sərt iqtisadi tədbirlərə məruz qalacaq

Böyük Britaniya hökuməti ölkənin Müdafiə Nazirliyinə bu il üçün 3,5 milyard funt-sterlinq büdcə vəsaitinə qənaət etməyi tapşırıb.

Publika.az xəbər verir ki, u barədə mənbələrə istinadən "Sky News" telekanalı məlumat yayıb.

Məlumata görə, büdcə kəsiri hətta rəsmən təsdiqlənmiş hərbi proqramın icrası üçün vəsait çatışmazlığından qaynaqlanır. Bu vəziyyət Baş nazir Kir Starmerin silahlı qüvvələrin müharibəyə hazırlanması ilə bağlı iddialı bəyanatlarını sual altına qoyur. Müdafiə Nazirliyi yeni silah və texnikaya investisiyaları nəzərdə tutan genişmiqyaslı onillik plan çərçivəsində əlavə vəsait ayrılacağına ümid etsə də, hökumət hələ də müdafiə investisiya proqramını təsdiqləməyib. Maliyyə Nazirliyi hərbçilərə ciddi təzyiq göstərərək onlardan xərclərin azaldılması üçün yeni yollar tapmağı tələb edir.

Telekanalın həmsöhbətlərinin sözlərinə görə, silahlı qüvvələrin komandanlığı maliyyələşmə problemlərini müzakirə etmək üçün bu həftə bir araya gələcək.

Chosen
16
50
publika.az

10Sources