EN

Çempionlar Liqası: "Atletiko" və PSJ 1/4 finalda!

UEFA Çempionlar Liqasında ilk yarımfimalçıların adına aydınlıq gəlib. 1/4 final mərhələsinin cavab görüşləri çərçivəsində 2 matç keçirilib.

Belə ki, bu gün nəhənglərin duelləri gerçəkləşib. "Atletiko" 1 həftə əvvəl 2:0 hesabı ilə qalib gəldiyi "Barselona"nı qəbul edib və 1:2 hesabı ilə uduzub. İki oyunun cəmində Madrid təmsilçisi mərhələ adlayıb. Komanda yarımfinalda "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) duelinin üstün tərəfi ilə üz-üzə gələcək.

İngiltərədə isə "Liverpul" ötən həftə uduzduğu PSJ-ni sınağa çəkib. "Mersisaydlılar" bu dəfə də Paris klubuna məğlub olublar. Beləliklə, PSJ 1/2 finalda "Bavariya" (Almaniya) - "Real" (İspaniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Qeyd edək ki, 1/4-in digər iki cavab görüşü bu gün baş tutacaq.

Chosen
21
50
sia.az

10Sources