EN

Rusiya hava limanında təyyarə qəza siqnalı göndərdi

Vladivostok hava limanında Rusiyanın "Avrora" aviaşirkətinə məxsus təyyarə həyəcan siqnalı verib.

Publika.az xəbər verir ki, bu barədə “SHOT” “Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, RA-73680 qeydiyyat nişanlı təyyarə təxminən bir saat əvvəl fəlakət siqnalı göndərib. Söhbət göyərtədə fövqəladə və ya qəza vəziyyətini bildirən "7700" kodundan gedir.

"Onlayn xəritələrə əsasən, Airbus A319 tipli təyyarə uçuşu dayandırıb və hava limanının sonunda dayanıb", — deyə nəşr qeyd edir.

Chosen
9
10
publika.az

10Sources