EN

CNN: İranın raket komplekslərinin yarısı ABŞ-İsrail hücumlarından zərərsiz çıxıb

İranın raket buraxılışı qurğularının təxminən yarısı ABŞ-İsrail hücumlarından zərərsiz çıxıb.

"Report"un məlumatına görə, CNN bu barədə ABŞ kəşfiyyatındakı mənbələrə istinadən xəbər verib.

Telekanalın mənbələrinin məlumatına görə, bu buraxılış qurğularının əhəmiyyətli hissəsi zərbələr nəticəsində yeraltı sığınacaqların içərisində qalıb. Bu arada, atəşkəsdən istifadə edən İran, ABŞ-İsrail hücumları ilə bloklanmış yeraltı ballistik raket saxlama qurğularının girişlərini qazır.

Məlumatlara görə, peyk görüntüləri tikinti texnikasının tunel girişlərindən tullantıları təmizlədiyini və tullantıları yük maşınlarına yüklədiyini göstərir. Bunu, xüsusən Xomeyn şəhəri yaxınlığındakı raket obyektinin və Təbrizin cənubundakı bazanın 10 apreldə əldə edilən görüntüləri təsdiqləyir.

Telekanal qeyd edir ki, aktiv hərbi əməliyyatlar dövründə ABŞ və İsrail yeraltı qurğuların girişlərini hədəfə alaraq mobil raket buraxıcılarının ballistik raketlərin buraxılış yerlərinə keçməsi və yenidən doldurulması üçün tez bir zamanda bazaya qayıtması qabiliyyətini pozmağa çalışıblar.

İsrailin "Alma" tədqiqat mərkəzinin hesabatında İranın ABŞ və İsraillə münaqişəyə mobil buraxılış qurğularında və yeraltı şaxtalarda saxlanılan təxminən 2 500 raketlə girdiyi bildirilir. Ötən ilin iyun ayında 12 günlük münaqişənin sonunda ehtiyat 1 500-ə düşmüşdü. Lakin sonrakı səkkiz ay ərzində İranın müdafiə sənayesi əlavə 1 000 raket istehsal edib ki, bu da Tehranın zərbə potensialını qısa zamanda bərpa etmək qabiliyyətini təsdiqləyir.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları təşkil ediblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. Buna cavab olaraq İran İsrailə raket zərbələri endirib və Fars körfəzindəki Amerika hərbi bazalarına hücum edib.

İran ABŞ və onların müttəfiqləri ilə 8 aprel 2026-cı il gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəlib.

11-12 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən müzakirələr razılığa gəlinmədən başa çatıb.

Chosen
37
50
far.az

10Sources