EN

Tramp: İran münaqişəsi sona yaxınlaşır – YENİLƏNİB

Amerika Prezidenti Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyini bildirib.

"Far.Az"un məlumatına görə, Ağ Ev rəhbəri bu barədə "Fox News"a müsahibəsində deyib.

"Düşünürəm ki, sona yaxınlaşır, bəli", - o deyib.

Telekanal müsahibənin fraqmentlərini yayıb və tam versiyası daha sonra yayımlanacaq. Jurnalist Mariya Bartiromo daha əvvəl Trampın İran münaqişəsinin bitdiyini elan etdiyini bildirib.

"Hələ qurtarmamışıq. Görək nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər", - Tramp deyib. O, əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub: "Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın bitdiyini elan edib.

"Far.Az"un məlumatına görə, "Fox News"un jurnalisti Mariya Bartiromo bunu ABŞ lideri ilə müsahibənin anonsunda açıqlayıb.

O, dövlət başçısı ilə söhbəti zamanı Prezidentin İranla müharibədən keçmiş zamanda danışdığını qeyd edib.

"Mən soruşdum ki, müharibə bitdi? O, dedi ki, bəli, bitdi", - Bartiromo sosial şəbəkədəki hesabında bildirib.

Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb, bir neçə şəhərə hava hücumları həyata keçiriblər. Elə həmin gün İranın Ali lideri Əli Xamenei zərbələr nəticəsində öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onun müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər.

Aprelin 11-12-də Pakistanın vasitəçiliyi ilə İslamabadda İran və ABŞ arasında danışıqlar aparılıb.

Daha əvvəl Amerika Prezidenti Donald Tramp ABŞ-nin 13 apreldə şərqi yay vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 18:00) Hörmüz boğazındakı İran limanlarını bloklamağa başladığını açıqlayıb.

Chosen
35
50
far.az

10Sources