EN

Yeni təhlükə: insanlarda korluğa səbəb ola bilən virus aşkarlandı

Çində alimlər əvvəllər yalnız balıq və krevetlərdə rast gəlinən CMNV virusunun artıq insanlarda da aşkarlandığını bildirirlər.

Musavat.com xəbər verir ki, virus gözlərdə iltihab yaradır və göz daxili təzyiqi artırır. Bu isə ağır hallarda görmə qabiliyyətinin itirilməsinə - korluğa qədər gətirib çıxara bilər.

Mütəxəssislər qeyd edir ki, yoluxma halları əsasən çiy balıq istehlakı və ya dəniz məhsulları ilə qoruyucu vasitələr olmadan təmas zamanı baş verir.

Hazırda virusun spesifik müalicəsi yoxdur. Həkimlər yalnız iltihabı azaltmaq və göz daxili təzyiqi nəzarətdə saxlamaq üçün simptomatik preparatlardan istifadə edirlər. Bununla belə, virusun istiliklə məhv olduğu vurğulanır.

Qeyd olunur ki, indiyə qədər yoluxma halları məhdud saydadır. Lakin COVID-19 pandemiyasından sonra Çində ortaya çıxan yeni viruslarla bağlı xəbərlər dünya ictimaiyyətində ciddi narahatlıq doğurur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
20
4
olaylar.az

6Sources