EN

Ən təhlükəli kredit növləri - Bu kreditləri götürdükdə borcdan qurtula bilmirsiniz

Azərbaycanda bəzi kredit növləri vətəndaşlar üçün ciddi maliyyə riski yaradır. 

Düzgün idarə olunmayan kreditlər insanı uzunmüddətli borc yükü altında saxlaya və maliyyə azadlığını məhdudlaşdıra bilər.

Maliyyə məsələləri üzrə ekpertlərin fikrincə, xüsusilə kredit kartları və istehlak kreditləri bu baxımdan ən təhlükəli kateqoriyalar hesab olunur.

Qeyd olunur ki, kredit kartları ilk baxışda istifadəçilərə böyük rahatlıq təqdim edir. Lakin məhz bu rahatlıq bir çox hallarda nəzarətsiz xərclərə səbəb olur.

Cibində məhdud vəsait olan şəxs yalnız həmin məbləğ qədər xərcləyir. Amma kredit kartı limitsiz imkan təsiri yaratdığı üçün insanlar ehtiyac olmayan alışlara belə pul xərcləyir.

Nəticədə, hər ay əldə olunan gəlirin böyük hissəsi kredit kartı borcunun ödənilməsinə yönəlir. Bəzi hallarda isə vətəndaşların birdən çox kredit kartı olur və bu, borc yükünü daha da artırır. Belə şəxslər gündəlik həyatlarında yüksək xərclər etsələr də, faktiki olaraq borc içində yaşayırlar.

Bildirilir ki, digər riskli kredit növü isə istehlak kreditləridir. Bu kreditlər əsasən məişət texnikası, mebel və digər gündəlik əşyaların alınması üçün götürülür.
 
Lakin bir çox hallarda insanlar mövcud əşyaları istifadə etmək əvəzinə yenisini almağa üstünlük verir və kredit yükü altına girirlər.

Bu isə zamanla maliyyə stressinə səbəb olur. Ona görə də, ekspertlər tövsiyə edir ki, kreditlə əşya alarkən insanlar həmin əşyaya həqiqətən də ehtiyacları olub-olmadığını düşünməlidir.//Milli.az

Chosen
11
34
musavat.com

10Sources