“ABŞ ilə İran arasındakı münaqişə həll olunmağa yaxınlaşır, lakin hələ tam başa çatmayıb”.
Bizim.Media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu fikirləri “Fox News” telekanalına müsahibəsində səsləndirib.
Tramp bildirib: “Düşünürəm ki, bu, başa çatmaq üzrədir”.
Bununla yanaşı, Prezident qeyd edib ki, ABŞ hələ prosesdə bütün məqsədlərinə nail olmayıb:
“Görəcəyik, nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyə çox can atırlar”.
Qeyd edək ki, ABŞ-İsrail və İran arasında fevralın 28-də müharibə başlayıb. Aprelin 8-də əldə olunan razılaşmaya əsasən, tərəflər arasında 2 həftəlik atəşkəs əldə olunub.
Bizim.Media