Argentinalı Xavyer Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən istefa verib.
Fanat.Az xəbər verir ki, MLS klubunun mətbuat xidməti bunu rəsmi olaraq açıqlayıb.
Maskerano 2025-ci ilin əvvəlindən Florida komandasının baş məşqçisi vəzifəsində çalışırdı. Argentinalı mütəxəssisin müqaviləsinin bitməsinə hələ bir il yarım qalmışdı.
Superulduz Lionel Messinin çıxış etdiyi "İnter Mayami" ötən mövsüm MLS-də çempion olub. Bu mövsüm komanda müntəzəm Şərq Konfransında 7 oyundan sonra 3-üncü yerdədir.