EN

Tramp: “İranda münaqişə hələ bitməyib, lakin sona çox yaxındır”

ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında baş verən qarşıdurmanın həll mərhələsinə yaxınlaşdığını, lakin hələ tam başa çatmadığını bildirib.

Editor.az xəbər verir ki, o, bu fikirləri Fox News telekanalına verdiyi müsahibədə səsləndirib.

“Düşünürəm ki, proses artıq yekunlaşmağa çox yaxındır,” – deyə Tramp qeyd edib.

Bununla belə, prezidentin sözlərinə görə, ABŞ hələ prosesin bütün mərhələlərini tamamlamayıb: “Hadisələrin necə inkişaf edəcəyini görəcəyik. Məncə, onlar razılaşma əldə etməkdə çox maraqlıdırlar”.

//Gülnarə Abasova, Editor.az

Chosen
14
50
editor.az

10Sources