“PAŞA Bank” ASC 2026-cı ilin ilk rübündə 48.29 mln. manat xalis mənfəət əldə edib. 2025-ci ilin eyni dövründə bu rəqəm 44.02 mln. manat idi və bununla da illik müqayisədə 9.7% artım qeydə alınıb.
Banker.az xəbər verir ki, bu xalis mənfəət artından balansındakı bölüşdürülməmiş mənfəətin həcmi 553 mln. manatı keçməklə kapital mövqeyini bir qədər də yüksəldib. Bankın cəmi kapitalı 960 mln. manata çatıb.
Hesabat dövründə faiz gəlirləri 144.1 mln. manat təşkil edərək illik müqayisədə 17.84%, faiz xərcləri isə 53.28 mln. manata yüksələrək 35.75% artım göstərib. Nəticədə xalis faiz gəliri 88.64 mln. manat olub və bu göstərici illik 7.6% artım nümayiş etdirib. Qeyri-faiz gəlirləri 57.06 mln. manat təşkil edərək 37.63% azalıb, qeyri-faiz xərcləri isə 78.70 mln. manata enərək 30.05% azalma göstərib.
Bankın aktivləri illik müqayisədə 9.7% artaraq 9 mlrd. 48.06 mln. manat təşkil edib. Kredit portfeli 3 mlrd. 216.82 mln. manat olmaqla 0.1% azalıb. Bankın ticarət və investisiya qiymətli kağızları 1 mlrd. 820.58 mln. manat səviyyəsində formalaşaraq 16.16% azalıb, banklar və digər maliyyə institutlarındakı depozitlər isə 1 mlrd. 767.82 mln. manat olub və 35.73% artım göstərib.