EN

Çin və Rusiya XİN rəhbərləri arasında görüş olub

Pekin, 15 aprel, AZƏRTAC

Çin və Rusiya xarici işlər nazirlərinin aprelin 15-də Pekində keçirilən görüşündə iki dövlət başçısı arasında il ərzində keçiriləcək görüşə hazırlıqla bağlı məqamlar ilə yanaşı, Yaxın Şərqdəki gərginliyi, Asiya-Sakit okean bölgəsindəki vəziyyət və Ukrayna böhranı da daxil olmaqla ortaq narahatlıq doğuran beynəlxalq və regional məsələlər barədə dərin fikir mübadiləsi aparıblar.

AZƏRTAC Çin Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, naziri Van İ mürəkkəb və dəyişkən xarici mühitdə Çin-Rusiya münasibətləri möhkəm dayandığını, müxtəlif sahələrdə əməkdaşlığın güclü və davamlı olaraq qaldığını deyib. Bildirib ki, Çin və Rusiya iki dövlət başçısının əldə etdiyi mühüm konsensusu həyata keçirməli, ikitərəfli strateji koordinasiya tərəfdaşlığını və müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmalıdırlar.

Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, hazırkı beynəlxalq vəziyyət ciddi çətinliklərlə üzləşir və bəzi ölkələr Rusiya ilə Çini cilovlamaq üçün "kiçik dairələr" yaratmağa çalışırlar.

O, hər iki tərəfi Çinin təklif etdiyi qlobal təşəbbüslər seriyası və Rusiyanın irəli sürdüyü Böyük Avrasiya Tərəfdaşlığı və Avrasiya təhlükəsizlik arxitekturası vizyonu ilə yaxşı uyğunlaşmağa, çoxtərəfli platformada, beynəlxalq və regional məsələlərdə koordinasiyanı və əməkdaşlığı, beynəlxalq sistemin təhlükəsizliyini və sabitliyini birgə qorumağa çağırıb.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
Chosen
21
7
azertag.az

10Sources