EN

Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neft ixracı azalıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) ilə nəqlolunan tranzit neftinin həcmi 6,206 milyon ton təşkil edib.

Trend bu barədə DövlətStatistika Komitəsinə istinadən xəbər verir.

Məlumata əsasən, bu, 2025-ci ilin eyni dövründəki göstərici iləmüqayisədə 674,8 min ton və ya 9,8% azdır.

Belə ki, 2025-ci ilin yanvar-mart aylarında BTC ilə 6,881 milyonton neft nəql edilmişdi.

Ümumilikdə, dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3faizini (5 milyon 109,6 min ton) Azərbaycanda hasil edilən neft,17,7 faizini (1 milyon 96,4 min ton) isə Türkmənistan vəQazaxıstandan daxil olan neft təşkil edib.

Məqalədə:
Chosen
13
1
az.trend.az

2Sources