EN

Aston Villa Mançester Siti nin qolkiperini istəyir

sport24.az saytına istinadən ain.az xəbər verir.

"Aston Villa" "Mançester Siti"nin qapçısı Ceyms Traffordun transferində maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə "Mail" məlumat yayıb.Mənbənin sözlərinə görə, Birmingem təmsilçisi 23 yaşlı qolkiperi uzunmüddətli layihə üçün uyğun namizəd hesab edir. Klub həm oyunçunun yerli statusuna malik olmasını, həm də gələcəkdə əsas qapıçıya çevrilə biləcək potensialını yüksək qiymətləndirir.​Qeyd edək ki, Ceyms Trafford bu il "Mançester Siti"də kifayət qədər oyun şansı qazanmır. O, bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 14 qarşılaşmada 7 qol buraxıb, 10 oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
36
sport24.az

1Sources