EN

“TuranBank”ın mənfəəti 2 dəfədən çox artıb

“TuranBank” ASC 2026-cı ilin yanvar-mart aylarını 2 milyon 879 min manat mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövründə bank 1 milyon 216 min manat mənfəət əldə etmişdir ki, bu da illik müqayisədə 2.4 dəfə artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ ARTIB

Bu ilin yanvar-mart aylarında “TuranBank”ın gəlirləri 34 milyon 493 min manat (illik müqayisədə 21.3% çox), xərcləri isə 27 milyon 502 min manat olub. Əvvəlki ildə isə bankın gəlirləri 28 milyon 431 min manat, xərcləri 21 milyon 505 min manat olub.

BANK BÖYÜYÜB, KREDİT PORTFELİ ARTIB

Bu ilin aprel ayının 1-nə “TuranBank”ın aktivləri 901 milyon 279 min manat olub. Bunun 709 milyon 834 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, Bankın kredit portfeli ötən ilin sonuna nisbətən 0.5% böyüyüb.

Chosen
17
banker.az

1Sources