EN

Bakıda dəhşətli qəza törədən "Toyota"nın sürücüsü görün kimin nəvəsi imiş 

Bakının Zığ-Hava limanı yolunda baş vermiş dəhşətli yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub...

Poliqon xəbər verir ki, toydan çıxan Bakı şəhər sakinləri - 1984-cü il təvəllüdlü Samir Məmmədov, 1986-cı il təvəllüdlü Elvin Əsgərov və 1965-ci il təvəllüdlü Azad Əhmədov Əhmədli qəsəbəsində olarkən, Azad Əhmədovun tanışı ona zəng vurub.

Yük avtomobili idarə edən həmin şəxs Azad Əhədovdan kömək istəyib. Bildirib ki, avtomobilinin yanacağı bitib, ona yanacaq alıb gətirmək lazımdır. Azad, Samir və Elvin taksi ilə həmin əraziyə gəliblər. Onlar hadisə yerində düşüb taksi sürücüsündən xahiş ediblər ki, yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən avtomobil üçün yanacaq alsın. Taksi sürücüsü də onları düşürdükdən sonra yaxınlıqdakı yanacaqdoldurma məntəqəsinə gedib. Bu vaxt 2002-ci il təvəllüdlü Elmir Qubadov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və yolun kənarında dayanan həmin üç nəfəri vurub, daha sonra isə yük avtomobilinə çırpılıb. Bundan sonra avtomobil yanıb.

Məlumata görə, E.Qubadov hadisə zamanı sərxoş olub. O, tanışı olan qadınla restoranda yeyib-içəndən sonra sərxoş vəziyyətdə avtomobili idarə etməyə başlayıb və nəticədə ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan qadın da müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Məlumatda o da qeyd edilir ki, hadisəni törədən E.Qubadov imkanlı şəxsdir və onun babası Bakıda nüfuzlu şəxslərdən biridir.

Xatırladaq ki, aprelin 13-də gecə saat 2 radələrində Bakının Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində, Zığ-Hava limanı yolunda 2002-ci il təvəllüdlü Elmir Qubadov "Toyota Corolla" markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında dayanan üç nəfəri vurub və yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində "Toyota" markalı avtomobil yanıb. Qəza zamanı 2 nəfər ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib. (Oxu.az)

Poliqon.info

Chosen
24
13
poliqon.info

10Sources