EN

Kişi ondan borcunu tələb edən sevgilisini döydü

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Publika.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.

İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə gecəyarısı paytaxtın Nəsimi rayonunda, küçədə baş verib. Təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.

Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri təhqir edib, onun sifətinə və bədəninin müxtəlif nahiyələrinə vuraraq yüngül xəsarətlər yetirib.

Chosen
22
8
publika.az

9Sources