EN

Nəqliyyat dəhlizlərində yük daşımalarının həcmi açıqlanıb

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbyacan ərazisi üzrənəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 2 milyon 14,4 minton, dəniz nəqliyyatı ilə 811,2 min ton və avtomobil nəqliyyatı ilə1 milyon 808,8 min ton yük daşınıb.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə nəqliyyat dəhlizlərinin strukturunda dəmir yolunəqliyyatı ilə yük daşımaları 43,5%, dəniz nəqliyyatı ilə yükdaşımaları 17,5%, avtomobil nəqliyyatı ilə isə bu göstərici 39%paya malik olub.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə nəqliyyatdəhlizlərində dəmir yolu nəqliyyatı ilə yük daşımaları 20,2%, dəniznəqliyyatı ilə 30,6% azalıb, avtomobil nəqliyyatı ilə isə 10%artıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral aylarında nəqliyyatdəhlizlərində dəmir yolu nəqliyyatı ilə 2 milyon 525,2 min ton,dəniz nəqliyyatı ilə 1 milyon 169,2 min ton və avtomobil nəqliyyatıilə 1 milyon 649 min ton yük daşınıb.

Məqalədə:
Chosen
11
4
az.trend.az

5Sources