EN

Nur bəxş edənlər, qaranlığı yaranlar həmişə ehtiramla anılırlar-Özəl

"Dünyada  insanların gözlərinə nur bəxş etməkdən və sülh üçün çalışmaqdan gözəl nə ola bilər? Bu iki ali keyfiyyət görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın bütün həyat amalı olub". "Olaylar" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini Musa Qasımlı deyib: "Nur bəxş edənlər, qaranlığı yaranlar həmişə ehtiramla anılırlar. Necə ki, hər il aprelin 15-də Zərifə xanım nur, işıq rəmzi kimi hörmətlə yad edilir. 
    Azərbaycan tibb elmi tarixində adı daim yaşayacaq Zərifə xanım Əliyevanın yaratdığı elmi məktəb bu gün də millətimizin xidmətindədir. Millətimizin gözlərindən nur heç bir zaman əskik olmasın!
    İnsanlara nur bəxş etməklə yanaşı dünyada sülh üçün çalışmaq da Zərifə xanım Əliyevanın fəaliyyətinin bir səhifəsi olub. Həmin fəaliyyət də örnəkdir.Xüsusən bütün dünyada barışa böyük ehtiyacın olduğu indiki şəraitdə. Yaradan millətimizi sülhdən və əmin-amanlıqdan heç vaxt uzaq düşürməsin!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources