BAKI, 15 aprel. TELEQRAF
Ötən gün polis əməkdaşları tərəfindən götürülən narkotik vasitələrin miqdarı açıqlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 14-də ümumi çəkisi 53,3 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 30 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.