EN

Rusiya XİN: Azərbaycan rusiyalıların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib

Moskva, 15 aprel, AZƏRTAC

Azərbaycan Rusiya vətəndaşlarının Astara sərhəd-keçid məntəqəsindən istifadəsinə icazə verərək, onların İrandan təxliyəsində əhəmiyyətli kömək göstərib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq departamentinin direktoru Aleksey Klimov TASS agentliyinə müsahibəsində bildirib. O qeyd edib ki, Bakı rusiyalıların sərhədi keçməsinə Tehrandakı Rusiya səfirliyinin əvvəlcədən etdiyi müraciət əsasında icazə verib.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Chosen
24
3
azertag.az

4Sources