EN

Kosmosda gizli asteroid kəşf edildi - Təhlükəli orbit üzrə hərəkət edir

BAKI, 15 aprel. TELEQRAF

Elm adamları ekstremal orbitdə parçalanma ərəfəsində olan gizli asteroid aşkar ediblər. Bu göy cismi toz və fraqmentlər (qırıntılar) saçaraq yaxınlarda kəşf edilmiş meteorit axını yaradır. Yeni kəşf asteroidlərin şiddətli Günəş istiliyi altında hərəkətlərini anlamaq üçün mühüm məlumatları ehtiva edir.

Teleqraf xəbər verir ki, bu barədə “The Astrophysical Journal”da dərc olunan araşdırmada bildirilir.

Yeni meteorit axınının kəşfi özünü məhvetmə ərəfəsində olan asteroidin hekayəsini izah edir. Bu asteroidi 282 meteoritdən ibarət qrup təşkil edir və onu Günəşə təhlükəli dərəcədə yaxınlaşdıran ekstremal orbit üzrə hərəkət edir. Yer kürəsi ilə müqayisədə Günəşə təxminən beş dəfə daha yaxındır.

Asteroid Günəşə yaxınlaşdıqca, ekstremal temperaturadək qızır, bu, onun səthinin çatlamasına, toz, qaz və daha böyük fraqmentlərin ayrılmasına səbəb olur. Bu hərəkətli fraqmentlər kosmosda sonda Yerin atmosferi ilə toqquşan meteorit axınları yaradır. Kəşfə imza atan alimlər hesab edirlər ki, asteroidin Günəşə yaxınlığı onun parçalanmasının əsas səbəbidir, bu, meteorit axınını və onunla bağlı fraqmentləri izah edə bilər.

Tədqiqat Kanada, Yaponiya, ABŞ və Avropada yerləşən bütün səma müşahidə kameraları şəbəkələri tərəfindən toplanmış milyonlarla meteorit müşahidəsini əhatə edir. Bu müşahidələr ənənəvi teleskoplarla aşkar olunmayan gizli asteroidi üzə çıxarıb. Məlumatların diqqətli təhlili nəticəsində elm adamları asteroidin davamlı parçalanmasını göstərən meteorit qrupunu müəyyən ediblər. Bu cür çətin aşkar olunan obyektin tapılması bütün dünyada meteorit hadisələrini qeydə alan mürəkkəb kamera şəbəkələri sayəsində mümkün olub.

Tədqiqatın aparıcı müəllifi Patrik Şoberin sözlərinə görə, meteorit axınlarının təhlili teleskoplarla aşkarlanması çətin olan zəif və ya uzaq asteroid və kometləri müşahidə etmək üçün unikal imkan yaradır.

Məhz meteorit axınları onları yaradan obyektlər haqqında mühüm detallar verir. Bu axınlar Yer kürəsi asteroid və kometlərin buraxdığı fraqmentlərin içindən keçəndə yaranır. Bu obyektlər Günəşə yaxınlaşarkən toz, qaz və daha böyük fraqmentlər buraxır və bu qırıntılar orbitləri boyunca yayılır. Zaman keçdikcə bu materiallar səpələnir, amma Yer bu axınlardan keçəndə meteoritlər atmosferdə yanaraq səmada gördüyümüz parlaq zolaqları yaradır.

Ən məşhur nümunələrdən biri Geminid meteorit yağışıdır. Yeni kəşf edilmiş asteroid kimi, burada da meteoritlər Günəşə yaxınlaşarkən toz və fraqmentlər buraxır, onilliklərdir hər il müşahidə olunan meteorit axınını yaradır. Yeni kəşf əvvəllər kəşf edilməmiş digər asteroidlərin də görünməz şəkildə oxşar fraqmentlər buraxa biləcəyini göstərir.

NASA-nın 2027-ci ildə kosmosa buraxılması planlaşdırılan “NEO Surveyor” missiyası tədqiqatlarda böyük ümidlər vəd edir. Bu kosmik teleskop Yer kürəsi üçün potensial təhlükə yaradan asteroid və kometləri aşkar etmək üçün nəzərdə tutulub. Bu, ənənəvi optik teleskoplarla görünməsi çətin olan obyektləri tapmaq üçün infraqırmızı texnologiyadan istifadə edəcək və Günəşə yaxınlaşan qaranlıq asteroidlərə misilsiz baxış imkanı təqdim edəcək.

Chosen
8
teleqraf.com

1Sources