EN

Tramp İranla bağlı təcili HƏRƏKƏTƏ KEÇDİ: Görün Vensə nə tapşırdı…

ABŞ-ın vitse-prezidenti Cey Di Vens ehtimal ki, İranla mümkün ikinci raund danışıqlarda Amerika nümayəndə heyətinə rəhbərlik edəcək.

KONKRET.az Xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, əgər danışıqlar yenidən üzbəüz görüş mərhələsinə keçərsə, Vensin ABŞ nümayəndə heyətinə rəhbərlik edəcəyi gözlənilir.

Mənbələr həmçinin bildirir ki, ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff və onun kürəkəni Cared Kuşner də potensial ikinci görüşdə iştirak edə bilərlər. Onlar daha əvvəl də İrana qarşı əməliyyat başlamazdan öncə aparılan danışıqlarda yer alıblar.

“Tramp üç əsas müşavirinə diplomatik çıxış yolu tapmağı tapşırıb və bu məsələdə onlara etibarını qoruyur”, – deyə CNN-in mənbələri qeyd edib.

Bundan əvvəl Tramp bəyan edib ki, ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində Pakistanda baş tuta bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Chosen
5
1
konkret.az

2Sources