EN

Bu gün unudulmaz sənətkar Telman Adıgözəlovun anım günüdür

Bu gün Azərbaycan teatr və kino sənətinin unudulmaz simalarından biri olan Telman Adıgözəlovun anım günüdür. Onun vəfatı sənət aləmimiz üçün böyük itki olsa da, yaratdığı obrazlar və sənətə verdiyi töhfələr bu gün də yaşayır.

Missiya.Az xatırladır ki, Telman Adıgözəlov 17 iyul 1953-cü ildə Balakəndə anadan olub, əslən ordubadlıdır. Həyatını sənətə həsr edən aktyor, illər boyu Azərbaycan tamaşaçısının sevgisini qazanmağı bacarıb.O, uzun illər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyət göstərmiş və burada bir-birindən maraqlı obrazlar yaradıb. Xüsusilə komediya janrında oynadığı rollarla seçilən aktyor, səhnədəki təbii və səmimi ifası ilə yadda qalıb. Onun yaratdığı obrazlar yalnız güldürmək deyil, həm də düşündürmək gücünə malik idi.

Kino sahəsində də Telman Adıgözəlov bir çox uğurlu işlərə imza atıb. O, “Yuxu kimi”, “Qayınana”, “Evləri köndələn yar” kimi film və televiziya layihələrində rol alaraq geniş tamaşaçı auditoriyasının rəğbətini qazanıb. Hər bir obrazına fərqli çalarlar qataraq onları unudulmaz edib. Sənətkar "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı (28 oktyabr 2000), "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı (16 may 2006), "Qızıl Dərviş" mükafatı (1999), "Əmək veteranı" medalına layiq görülüb.

O, 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığında vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Telman Adıgözəlovun yaradıcılığı bu gün də yaşayır və onun sənət yolu gənc aktyorlar üçün nümunə olaraq qalır. Onun xatirəsi Azərbaycan mədəniyyətində daim hörmətlə anılacaq.

İlahə QənbərliMissiya.Az

Chosen
14
missiya.az

1Sources