EN

Maskerano “İnter Mayami”dən ayrıldı

Argentinalı mütəxəssis Xavyer Maskerano ABŞ-nin “İnter Mayami” klubunun baş məşqçisi vəzifəsindən ayrıldığını elan edib.

Msport.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Maskerano istefasına səbəb kimi şəxsi xarakterli halları göstərib: “Hər şeydən əvvəl mənə göstərilən etimada görə kluba, birgə işə görə təşkilatın bütün əməkdaşlarına, xüsusən birlikdə həqiqətən unudulmaz anlar yaşadığımız futbolçulara təşəkkürümü bildirmək istəyirəm”.

Qeyd edək ki, Maskerano 2024-cü ilin noyabrından “İnter Mayami”yə rəhbərlik edirdi. Buna qədər argentinalı öz ölkəsinin olimpiya və gənclər yığmalarını çalışdırıb. Onun rəhbərliyi altında Amerika klubu tarixində ilk dəfə olaraq Baş Futbol Liqasının (MLS) çempionu titulunu qazanıb.

Chosen
24
1
msport.az

10Sources