EN

Ötən il təmir olunan körpü qəzalı vəziyyətə düşüb

Zaqatala ərazisindən keçən Qax–Zaqatala avtomobil yolunda təhlükəli vəziyyət yaranıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə sürücülər məlumat veriblər ki, ötən il təmir olunan Quruçay üzərindəki körpünün üzərində çatlar əmələ gəlib, xüsusilə birləşmə hissələri ciddi aşınmaya məruz qalıb.
Sürücülərin sözlərinə görə, körpünün qəzalı vəziyyətdə olduğunu bilənlər əvvəlcədən sürəti azaldaraq ehtiyatla hərəkət edir. Lakin yolu az istifadə edən və ya ilk dəfə keçən sürücülər üçün bu vəziyyət ciddi təhlükə yaradır.

Qeyd olunur ki, zədələnmiş hissələrdən keçən avtomobillərin təkərləri və digər detallar tez-tez sıradan çıxır.
Sakinlər və sürücülər problemin aradan qaldırılması üçün aidiyyəti qurumların təxirəsalınmaz tədbirlər görməsini istəyirlər.///Shimal.News

Chosen
23
ucnoqta.az

1Sources