EN

Prezidentin onun haqqında bir cümləsi hər şeyi izah edir Bu, sadəcə anım deyil...

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Tarixdə elə şəxsiyyətlər var ki, onların fəaliyyəti yalnız peşə çərçivəsi ilə məhdudlaşmır, bütövlükdə cəmiyyətin inkişaf istiqamətlərini müəyyən edən dəyər sisteminə çevrilir. Akademik Zərifə Əliyeva məhz belə nadir simalardandır”.

Bu fikirləri Globalinfo.az-a deputat Rövşən Muradov görkəmli oftalmoloq Zərifə Əliyevanın anım günü ilə bağlı danışarkən bildirib.

O qeyd edib ki, Zərifə Əliyevanın həyat yolu və elmi yaradıcılığı Azərbaycan səhiyyəsinin inkişafında mühüm mərhələ olmaqla yanaşı, elmə, insana və dövlətə xidmət modelinin parlaq nümunəsidir:

“Bu baxımdan, onun anım günü yalnız xatirə xarakteri daşımır, eyni zamanda milli elmi düşüncənin və mənəvi dəyərlərin yenidən dəyərləndirildiyi mühüm ictimai hadisə kimi qəbul edilməlidir.

Zərifə Əliyevanın elmi fəaliyyəti sistemli yanaşma və praktik nəticəyönümlülük prinsipləri üzərində qurulmuşdu. O, oftalmologiya sahəsində apardığı tədqiqatlarda yalnız konkret xəstəliklərin öyrənilməsi ilə kifayətlənməmiş, həmin problemlərin sosial və tibbi aspektlərini kompleks şəkildə araşdırıb. Xüsusilə traxoma kimi geniş yayılmış xəstəliklə mübarizədə tətbiq etdiyi metodologiya yalnız tibbi yanaşma deyil, eyni zamanda ictimai səhiyyə strategiyasının uğurlu nümunəsi kimi çıxış edib. Bu isə göstərir ki, Zərifə Əliyeva elmi fəaliyyəti nəzəri çərçivə ilə məhdudlaşdırmayaraq onu cəmiyyətin real ehtiyacları ilə uzlaşdırmağı bacaran alim olmuşdur. Onun elmi istiqamət seçimləri də təsadüfi deyildi. Görmə orqanının peşə patologiyaları, kimyəvi mühitin insan sağlamlığına təsiri və virus mənşəli xəstəliklər kimi sahələrə diqqət yetirməsi sənayeləşən cəmiyyətin yeni çağırışlarını düzgün qiymətləndirdiyini göstərir. Bu isə onun yalnız mövcud problemlərə reaksiya verən deyil, həm də gələcək riskləri öncədən müəyyənləşdirərək elmi istiqamətləri formalaşdıran alim olduğunu sübut edir”.

Rövşən Muradov

Deputat əlavə edib ki, akademikin elmi irsi onun müəllifi olduğu monoqrafiya və dərs vəsaitlərində öz əksini tapıb:

“Bu əsərlər yalnız məlumat mənbəyi deyil, eyni zamanda metodoloji düşüncə tərzinin formalaşmasına xidmət edən fundamental qaynaqlardır. Onun fəaliyyəti nəticəsində yaranmış elmi mühit və yetişdirilmiş kadrlar bu gün də Azərbaycan səhiyyəsinin dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri kimi çıxış edir. Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında demişdi: “O, insanları sevərdi, heç vaxt heç kimi naümid qoymazdı”. Bu fikir onun həyat fəlsəfəsinin mahiyyətini, insanlara xidmət və xeyirxahlıq prinsipini aydın şəkildə ifadə edir. Zərifə Əliyevanın şəxsiyyətində elmi fəaliyyətlə yanaşı yüksək mənəvi keyfiyyətlərin vəhdəti xüsusi yer tutur. O, həkimlik peşəsinə yalnız ixtisas kimi deyil, humanist missiya kimi yanaşıb. Onun fəaliyyətində insan amilinə verilən önəm, xəstələrə göstərilən diqqət və qayğı həkim etikası baxımından nümunəvi model kimi dəyərləndirilə bilər. Bu xüsusiyyətlər onun şəxsiyyətini yalnız alim deyil, həm də yüksək mənəvi dəyərlərin daşıyıcısı kimi səciyyələndirir”.

Deputat Zərifə Əliyevanın elmə yanaşması məsələsinə də toxunub:

“Prezident İlham Əliyev demişdi ki, “Mənim anam əsl alim idi, tibbin bütün incəliklərini öyrənməyə çalışırdı”. Bu qiymətləndirmə Zərifə Əliyevanın elmə yanaşmasının dərinliyini və peşəkarlıq səviyyəsini dövlətçilik kontekstində yüksək qiymətləndirir. Məhz bu baxımdan, Zərifə Əliyevanın anım günü hər bir alim və vətəndaş üçün məsuliyyət çağırışı kimi səslənir: elmə sədaqət, insana hörmət və dövlətə xidmət prinsipləri daim qorunmalı və inkişaf etdirilməlidir. Akademikin irsi yalnız keçmişin xatirəsi deyil, bu gün də aktuallığını qoruyan elmi və mənəvi dəyərlər sistemi kimi qəbul olunmalıdır. Onun fəaliyyəti bir daha göstərir ki, elmin əsas məqsədi insan rifahına xidmət etmək, cəmiyyətin inkişafına töhfə vermək və gələcək nəsillər üçün dayanıqlı inkişaf modelini formalaşdırmaqdır”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
13
globalinfo.az

1Sources