EN

Hər gün yediyiniz bu qida yaddaşı yox edir

Bakivaxti saytına istinadən ain.az xəbər verir.

Gündəlik qidalanmada tez-tez istifadə olunan bəzi məhsulların yaddaşa təsiri düşündüyünüzdən daha ciddi ola bilər. Mütəxəssislər bildirir ki, xüsusilə cips və paketlənmiş qəlyanaltılar beyin fəaliyyətinə mənfi təsir göstərən əsas qidalar arasındadır.

Bakıvaxtı.az xəbər verir ki, bu tip məhsulların tərkibində olan trans yağlar və süni qatqılar beyin hüceyrələrinin fəaliyyətini zəiflədir. Nəticədə yadda saxlama qabiliyyəti aşağı düşür, diqqət dağınıqlığı artır və insan tez unutqanlıq yaşamağa başlayır.

Araşdırmalara görə, bu qidaların tez-tez qəbulu beyində iltihabi prosesləri artıra bilər. Bu isə uzun müddətdə həm yaddaşa, həm də ümumi zehni fəaliyyətə mənfi təsir göstərir.

Xüsusilə gənclər və uşaqlar arasında bu cür qidaların geniş yayılması gələcəkdə yaddaş problemlərinin daha erkən yaşlarda ortaya çıxmasına səbəb ola bilər.

Mütəxəssislər tövsiyə edir ki, bu cür məhsulların yerinə daha çox təbii qidalar – qoz-fındıq, balıq və tərəvəzlər seçilsin. Bu həm beyin sağlamlığını qoruyur, həm də yaddaşı gücləndirməyə kömək edir.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
1
bakivaxti.az

2Sources