EN

Əbülfət Mədətoğlu: XOŞBƏXTLİYİMİ

Günəş  gözümdəydi, Ay  ürəyimdə    
Tanrımın  verdiyi  pay , ürəyimdə!    
Bahar  təravətli  yay  ürəyimdə   -     
Bəs   necə  qaçırtdım , xoşbəxtliyimi ?!.

Bağım  barlı  idi, baxcam da  güllü, 
Nəğməli, şeirli  boxcam da , güllü...  
Günlər  çinləmişdim  tasxcamda  -  güllü  - 
Bəs , necə  qaçırtdım, xoşbəxtliyimi?!,

 Yüyənsiz  buraxdım  zaman  atını  
Səssiz  dərinləşən  fikir   çatını... 
Oxuya  bilmədim tam   həyatını?  - 
Bəs   necə  qaçırtdım , xoşbəxtliyimi ?!.

Hər  dəfə  axırı  irəli  çəkdim, 
Bir  əli  yandırdım, bir  əli  çəkdim... 
Axı  mən  əlimi  şirəli  çəkdim -  
Bəs   necə  qaçırtdım , xoşbəxtliyimi ?!.

Külüm  sovrulubdu , közüm  tapılmır   
Deməyə  bir  kəlmə  sözüm  tapılmır... 
Vallah  ha  çözürəm, çözüm  tapılmır - 
Mən   necə  qaçırtdım , xoşbəxtliyimi ?!.
 

Chosen
3
adalet.az

1Sources