EN

CNN: İran yeraltı tunellərdəki raket qurğularını çıxarır

İran atəşkəsdən yeraltı tunellərdə qalan raket qurğularını çıxarmaq üçün istifadə edir.

Bu barədə CNN tunellərin girişini açan texnikanın işini əks etdirən peyk görüntülərini yayıb.

Peyk görüntüləri göstərir ki, İran atəşkəs dövründə hava zərbələri nəticəsində yeraltı tunellərdə qalmış raket buraxılış qurğularını çıxarmaq üçün ağır texnikadan istifadə edir.

Məlumata görə, ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə əsasən, bir ay davam edən döyüşlərdən sonra İranın raket buraxılış qurğularının təxminən yarısı hələ də qalıb.

Bildirilir ki, bu qurğuların bir çoxu ABŞ və İsrailin tunel girişlərinə endirdiyi zərbələr nəticəsində torpaq altında qalıb. Hazırda İranın onları yenidən üzə çıxarmağa çalışdığı müşahidə olunur.

Chosen
2
5
herbiand.az

8Sources