EN

Dövlət Proqramı İdarəetmə Qrupu qəbul prosesində süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır

Bakı, 15 aprel, AZƏRTAC

Dövlət Proqramı İdarəetmə Qrupu ilk dəfə qəbul prosesində süni intellekt alətlərindən istifadə etməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov deyib.

Layihə rəhbəri bildirib ki, bu yanaşma qəbul prosesində həm şəffaflığın artırılmasına, həm də yoxlamaların daha dəqiq aparılmasına kömək edəcək: “Bəzi müraciətçilər 15-20 sənəd təqdim edir və onların yoxlanılması xeyli vaxt aparır. Süni intellekt alətlərinin tətbiqi isə sənədlərin əlavə olaraq ikinci dəfə yoxlanmasına imkan yaradacaq. Bu, prosesin tam şəkildə süni intellektə həvalə olunması demək deyil, əsas məqsəd bu alətlərin effektivliyini sınaqdan keçirməkdir”.

Müxbir – Aysel Azadqızı
Fotoqraf – Səfiyar Məcnun
Videooperator – Vüsal Tağıyev
Chosen
31
3
azertag.az

4Sources