EN

“Sevib sevilmək istəyirəm deyə ağladığım gün onunla tanış oldum”

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyəli aktrisa Pınar Deniz həyat yoldaşı, aktyor Kaan Yıldırım ilə tanışlıq hekayəsini danışıb.

“Qafqazinfo” xəbər verir ki, “Youtube” layihəsi olan “ABtalks” proqramına qatılan aktrisa əri ilə tanışlıq prosesindən evliliyinə, analıq təcrübəsinə qədər bir çox mövzularda səmimi açıqlamalar verib.

32 yaşlı aktrisa “Sevmək və sevilmək istəyirəm” deyərək ağladığı günün axşamında əri ilə tanış olduğunu etiraf edib: “Bir ailə terapiyası seansına getmişdim. Mütəxəssis mənə dedi ki, “sənə indi heç nə edə bilmərəm, çünki fikirlərin çox qarışacaq”. Oradan çıxandan sonra “sadəcə sevmək və sevilmək istəyirəm” deyərək ağlamağa başladım. Əslində özümə çox qapandığım və assosial olduğum bir dövr idi. Amma həmin gün bir dostumun doğum gününə getdim və orada həyat yoldaşımla tanış oldum. Yəni “sevmək və sevilmək istəyirəm” cümləsini qurduğum günün axşamında ərimlə tanış oldum”.

Dörd ildir davam edən münasibətlərində bir-birilərinə şəxsi məkan tanımağın vacibliyinə də toxunan aktrisa deyib: “Məlum oldu ki, mən tək vaxt keçirib dincələ biləcəyim məkanımı çox sevirəm. Kaan ilə münasibətimizdə artıq 4-cü ildəyik və hər ikimiz şəxsi sahəmizə önəm veririk. Axşamlar o, yuxarıdakı otaqda vaxt keçirir, mən də özümə vaxt ayırıram. Ara-sıra bir araya gəlib söhbət edirik, sonra o yenə otağına çıxır”.

O, oğlu Fikret Hakan haqqında da danışıb və analığın onda çox güclü hisslər oyatdığını bildirib: “Uşağımı qucağıma verdikləri anda hiss etdiyim sevgi eyni zamanda məni çox yaraladı. Ona görə də doğuşdan sonrakı ilk 10 gün mənim üçün çox çətin keçdi. Çünki çox yüksək bir duyğu hiss etdim və bu məndə böyük narahatlıq və qorxu yaratdı. Heç vaxt bir insana bu qədər çox, demək olar ki, sağlam olmayan bir sevgi hiss etməmişdim. Bu həyatda ən çox həyat yoldaşımı sevdim, amma ona olan sevgim həmişə sağlam idi. Məncə, “Fiko”ya (oğlu -red.) duyduğum sevgi, xüsusilə ilk 10 gün bu qədər intensiv olduğu üçün bir az təhlükəli idi”.

Qeyd edək ki, Pınar Deniz və Kaan Yıldırım 2024-cü ildə Romada sadə bir mərasimlə evləniblər. Cütlüyün oğlu Fikret Hakan ötən ilin aprelində dünyaya gəlib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
qafqazinfo.az

1Sources