EN

Heç vaxt kişi üçün göz yaşı tökməmişəm

Milli.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Müğənni Ayan Babakişiyeva efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi çıxışında yaradıcı insanların daha həssas olduğunu vurğulayıb. İfaçı bildirib ki, bəzən ən adi bir detal belə onda köhnə xatirələri canlandırır və bu hisslərin təsirindən uzun müddət çıxa bilmir.

A.Babakişiyeva son zamanlar televiziya verilişlərində tez-tez kövrəlməsinin də səbəbini açıqlayıb. Müğənni qeyd edib ki, bu hal heç də şəxsi həyatında ciddi problemin olması ilə bağlı deyil. Onun sözlərinə görə, ifa etdiyi mahnılar və yaşadığı duyğular onu duyğulandırır:

"Efirdə kövrəlməyim o demək deyil ki, böyük problemim var. Sadəcə, hissiyəm. Bəzən oxuduğum mahnının təsirindən, övladımı düşündüyüm üçün çox vaxt göz yaşlarımı saxlaya bilmirəm".

Babakişiyeva həmçinin əlavə edib ki, heç vaxt sevgi münasibətlərinə görə ağlamayıb və bu açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
2
news.milli.az

3Sources