EN

Zaxarova: Qərb "özünə dəlidir", amma günahlarından tövbə edə bilmir-ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb ölkələri ilə bağlı sərt fikirlər səsləndirib. Diplomatın sözlərinə görə, "Qərb-demokratik dünya özündən dəli olub" və hazırda çaşqın vəziyyətdədir. O bildirib ki, Qərb "tam bir susqunluq və çaşqınlıq halına düşüb". Zaxarova qeyd edib ki, Qərb "tək rels üzərində hərəkət edən əl drezinası kimi irəliləyir və qarşıda uçurum var".
Rusiya XİN rəsmisi Qərbi təkəbbür və özünü üstün saymaqda da ittiham edib. Onun fikrincə, bu ölkələr səhvlərini etiraf etmək və səmimi şəkildə tövbə etmək əvəzinə, özlərini "istisna" hesab edirlər. "Qürur, şöhrətpərəstlik və təkəbbür ağır günahdır. Bundan çıxış yolu isə səmimi tövbə, öz səhvlərini anlamaq və onları düzəltməyə çalışmaqdır. Lakin Qərbdə bu yoxdur",- deyə Zaxarova vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
olaylar.az

1Sources