“TƏBİB-in Müşahidə Şurasının qərarı ilə quruma yeni icraçı direktorun təyin olunması heç şübhəsiz ki, yeni idarəetmə mərhələsinin başlangıcı kimi qiymətləndirilməlidir”.
Bunu Bakıvaxtı.az-a açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, İcbari tibbi sıgorta birmənalı olaraq dövlət başçısının iradəsinin nəticəsi olaraq əhaliyə yüksək keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi üçün qısa bir vaxt ərzində yaradılmış və bütün ölkə üzrə tam tətbiq olunmaqdadır. Deputat bildirib ki, bu gün dövlətin dəstəyi ilə artıq 3500 yaxın tibbi xidmət zərfinfən əhalimiz cox rahat yararlana bilir:
“Lakin daha yüksək keyfiyyətli tibbi xidmət məhz yeni islahatların həyata keçirilməsini zəruri edir ki, bu da günümüzün tələbidir. İlk növbədə onu qeyd edim ki, TƏBİB-in İcraçı direktoru vəzifəsinə səhiyyə sisteminin müasir idarəolunmasını yaxından bilən peşəkar bir şəxsin - Anar Bayramovun təyin olunması məhz qsrşıda duran məsələlərin ugurla icra olunacagına gösləntiləri dogruldur. Anar Bayramovun tibb sahəsində yüksək biliyi, peşəkarlıgı ona imkan verəçək ki, səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi, icbari tibbi sıgorta mexanizmlərinin daha effektiv tətbiqi və xidmət keyfiyyətinin artırılması ilk növbədə qarşıda duran əsas prioritet olsun”.
İlham Məmmədov qeyd edib ki, bu dəyişikliklər eyni zamanda səhiyyə sektorunda islahatların da davamlılıgını təmin etmək baxımından mühüm addım hesab olunur.
Nərgiz Məmmədli