EN

Si Cinpin Lavrova: "Putinə salam söylə..."

Çin Respublikasının sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə səmimi salamlarını çatdırıb.

Qaziler.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat dərc edib.

Qeyd olunub ki, bu mesaj Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdə səsləndirilib.

Televiziya kanalının məlumatına görə, Si Cinpin Lavrovdan səmimi salamlarını Rusiya prezidenti Vladimir Putinə çatdırmasını istəyib.

O, vurğulayıb ki, bu il ölkələr iki mühüm yubileyi qeyd edirlər: Rusiya-Çin strateji əməkdaşlıq və tərəfdaşlığının qurulmasının 30 illiyini və Rusiya ilə Çin arasında mehriban qonşuluq, dostluq və əməkdaşlıq müqaviləsinin imzalanmasının 25 illiyini.

QAZİLER.AZ

Chosen
4
qaziler.az

1Sources