EN

Komitə sədri: Müasir dövr dini sahədə yeni və daha mürəkkəb çağırışlar ortaya qoyur

Müasir dövr dini sahədə yeni və daha mürəkkəb çağırışlar ortaya qoyur.

"Far.Az"un Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda təşkil olunan "Dövlət-din münasibətlərində hüquqi və institusional mexanizmlər" mövzusunda regional konfransdakı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.

Komitə sədri bildirib ki, dövlət tərəfindən həyata keçirilən ardıcıl maarifləndirmə siyasəti, sağlam dini düşüncənin təşviqi və dini dəyərlərin düzgün izahı cəmiyyətin ideoloji dayanıqlığını möhkəmləndirən əsas amillərdəndir:

"Bu baxımdan, dövlətlə dini icmalar arasında qarşılıqlı əməkdaşlıq yalnız institusional çərçivə deyil, eyni zamanda cəmiyyətin mənəvi sağlamlığının qorunmasına xidmət edən tərəfdaşlığın formulu kimi qəbul edilməlidir. Müasir dövr dini sahədə yeni və daha mürəkkəb çağırışlar ortaya qoyur. Bu gün dini radikalizm artıq fiziki məkanla məhdudlaşmır. Radikal qüvvələr rəqəmsal dünyaya, sosial şəbəkələrin nəzarətsiz platformalarına və virtual məkanlara köçərək öz zərərli ideologiyalarını daha çox sosial media alqoritmləri, gizli qruplar vasitəsilə yayırlar. Bu qüvvələr gənclərimizin təmiz inancını süzgəcdən keçirilməmiş məlumatlarla zəhərləməyə çalışırlar".

R.Məmmədovun fikrincə, radikalizmə qarşı mübarizə yalnız inzibati tədbirlərlə həyata keçirilməməlidir:

"Eyni zamanda, radikalizmə qarşı mübarizə yalnız inzibati tədbirlərlə deyil, həm də dövlətin formalaşdırdığı hüquqi və institusional mexanizmlər çərçivəsində, sosial şəbəkələrdə və virtual məkanda məqsədyönlü maarifləndirmə ilə aparılmalıdır. Gənclərimiz virtual məkanda qarşılaşdıqları çağırışın yalnız zahiri mahiyyətini deyil, həm də arxasında gizlənən siyasi və ideoloji maraqları bir-birindən ayırmaq imkanına malik olmalıdırlar".

Chosen
2
1
far.az

2Sources