EN

Qazaxıstan və Türkiyə vahid dəmir yolu tarifləri üzərində işləyir

BAKI,TurkicWorld

Qazaxıstan və Türkiyə arasında nəqliyyat-logistika əməkdaşlığının dərinləşdirilməsi gündəmdədir.

TurkicWorld xəbər verir ki, Qazaxıstanın Baş naziri Oljas Bektənov iki ölkə arasında dəmir yolu daşımalarının rəqabət qabiliyyətinin artırılması üçün vahid tariflərin formalaşdırılmasının vacibliyini bildirib.

Məlumata əsasən, o, bu fikirləri hökumətlərarası komissiyanın iclasında səsləndirib və qeyd edib ki, nəqliyyat və logistika sahəsində əməkdaşlıq strateji xarakter daşıyır.

Qeyd olunub ki, 2025-ci ildə Qazaxıstan və Türkiyə arasında dəmir yolu ilə yük daşımalarının həcmi 6,4 milyon tona çataraq 35 faiz artıb.

Bildirilib ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə daşımalar 4 milyon tonu ötüb və Orta dəhlizin rolu son illərdə əhəmiyyətli dərəcədə güclənib.

Məlumata görə, bu marşrut üzrə yük daşınma müddəti 13 günə qədər azaldılıb ki, bu da Avropa ilə Asiya arasında rəqabətədavamlı nəqliyyat dəhlizinin formalaşmasına imkan yaradır.

Bektənov vurğulayıb ki, Orta dəhlizin inkişafı çərçivəsində infrastrukturun modernləşdirilməsi, logistika imkanlarının genişləndirilməsi və rəqəmsal həllərin tətbiqi istiqamətində işlər davam etdirilir.

Chosen
10
turkic.world

1Sources