Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Premyer Liqasının XXVII turunda "Turan Tovuz"a qarşı keçirilən matçın 32-ci dəqiqəsində zədələnərək məcburi əvəzlənən "Sumqayıt"ın futbolçusu Nsana Simonun durumu açıqlanıb.
Klubdan AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, fransalı yarımmüdafiəçinin vəziyyəti yaxşıdır.
Dünənki məşqə qatılmayan 26 yaşlı oyunçunun növbəti turda "Qəbələ" ilə qarşılaşmada meydana çıxacağı gözlənilir.
Qeyd edək ki, “Turan Tovuz” – “Sumqayıt” matçı ev sahibi komandanın 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.