EN

"Anglo Asian Mining" bu il Azərbaycanda gümüş hasilatını artırıb

Bakı. Trend:

"Anglo Asian Mining plc" 2026-cı ilin birinci rübündə gümüşistehsalında əhəmiyyətli artım barədə məlumat verib.

Trend xəbər verirki, gümüş hasilatının ümumi həcmi 42 796 unsiya təşkil edib.

Müqayisə üçün bildirək ki, 2025-ci ilin eyni dövründə 30 315unsiya həcmində hasilat qeydə alınmışdı.

Ümumi həcmin 5 607 unsiyası dore qızıl külçələrinin tərkibindəolan gümüşün payına düşüb, daha 37 189 unsiya isə flotasiyadan vəSART texnologiyası ilə emaldan əldə olunub.

Qeyd edək ki, şirkətin strateji inkişaf planı 2030-cu ilədəkorta səviyyəli, çoxprofilli mis və qızıl istehsalçısına çevrilməninəzərdə tutan aydın müəyyən edilmiş transformasiya yolunu ehtivaedir. Bu vaxta qədər misin şirkətin əsas məhsuluna çevriləcəyi vəillik hasilatın 50–55 min ton səviyyəsində olacağıproqnozlaşdırılır.

Bu məqsədlərə nail olmaq üçün şirkət 2027–2030-cu illər ərzindəyeni üç yatağın - “Xarxar”, “Qaradağ” və “Zəfər” - istismaraverilməsini planlaşdırır. Bu yataqlar yaxın zamanda istifadəyəverilmiş “Gilar” və “Dəmirli” yataqlarına əlavə olunacaq.

“Gilar” yatağında hasilata 2025-ci ilin mayında, “Dəmirli”yatağında isə 2025-ci ilin iyulunda başlanılıb.

Məqalədə:
Chosen
20
2
az.trend.az

3Sources