EN

Mina qurbanı dəfn edilib

Dünən işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verib.

Partlayış nəticəsində həlak olan ANAMA-nın əməkdaşı, 1995-ci il təvəllüdlü Muğan Rəfayıl oğlu Mətilinin nəşi Bala Bəhmənlidə ailəsinin yaşadığı ünvana gətirilib və vida mərasimi olub. Sonra Muğan Mətilinin nəşi kənd qəbiristanlığında torpağa tapşırılıb.

 

Chosen
5
2
xalqqazeti.az

5Sources