Futzal millimiz bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.
"Football-plus.az" xəbər verir ki, Yevgeni Kukseviçin komandası növbəti dəfə Qazaxıstan yığması ilə qarşılaşacaq.
Aktau şəhərindəki "BS Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.
Komandalar arasında aprelin 13-də keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanıb.