EN

Şiddətli baş ağrısından əziyyət çəkən qadının qulağından HÖRÜMÇƏK ÇIXDI – VİDEO

İvano-Frankivsk sakininin qulağında hörümçək bir həftə yaşayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Strana.ua” məlumat yayıb.

Ukraynanın İvano-Frankivsk şəhərində yaşayan qadının başına gələnlər eşidənləri heyrətləndirib. Belə ki, qadın yatarkən qulağına hörümçək girib.

Həşərat qulaq kanalından keçərək təbil pərdəsinə qədər çatıb və orada məskunlaşıb.

“Diversant” qadının qulağında təxminən bir həftə yaşayıb. Bu müddət ərzində şiddətli baş ağrısı və qulağında narahatlıq hiss edən qadın, sonda həkimlərə müraciət etməli olub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
24
interpress.az

1Sources