EN

Lavrov: Qərb Cənubi Qafqazda buna çalışır

Qərb Cənubi Qafqazda və Orta Asiyada öz qaydalarını qurmağa çalışır.

Aktual.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pekində keçirilən mətbuat konfransında Qərb ölkələrinin strategiyasını təsvir edərkən deyib.

"Qərbin burada öz qaydalarını qurmaq cəhdləri səbəbindən Orta Asiyada maraqlı bir geosiyasi mübarizə gedir. Qərb ölkələri region ölkələrinə öz həyat tərzlərini, eləcə də münasibətlər qurmaq üçün ölkələrin seçilməsində öz vizyonlarını qəbul etdirməkdə aparıcı rol oynamağa çalışırlar. Eyni şey Cənubi Qafqaz ölkələrində də baş verir”, - o bildirib.

Chosen
8
2
ulusum.az

10Sources