EN

Ulduz futbolçu mundialdan kənarda qala bilər

BAKI, 15 aprel. TELEQRAF

“Liverpul”un və Fransa millisinin ulduz futbolçusu Uqo Ekitike yayda baş tutacaq dünya çempionatını buraxa bilər.

Teleqraf xəbər verir ki, bu barədə klubun baş məşqçisi Arne Slot məlumat yayıb.

O, Çempionlar Liqasının 1/4 finalının PSJ ilə matçında zədələnib. "Liverpul"un əsas heyətində oyuna başlayan Uqo Ekitike ilk hissədə zədə aldıqdan sonra oyunu davam etdirə bilməyib.

Slot onun zədəsinin ciddi olduğunu və fransız futbolçunun Dünya Çempionatını buraxa biləcəyini bildirib.

Hücumçunun hazırkı vəziyyəti bəlli deyil və axilles vətərində cırıq və ya yırtıq aşkarlanarsa, o, ən az 9 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, cari mövsüm “Ayntraxt Frankfurt”dan “Liverpul”a keçən Ekitike 45 oyunda meydana çıxıb, 17 qol vurub və 6 məhsuldar ötürmə edib.

Chosen
14
teleqraf.com

1Sources