EN

Yaponiyada siyasi partiyalar imperator ailəsinin üzvləri ilə bağlı islahatları müzakirə edir

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 15 aprel, AZƏRTAC

Yaponiya parlamentinin aşağı və yuxarı palatalarında təmsil olunan 10-dan çox siyasi partiya çərşənbə günü imperator ailəsi üzvlərinin sayını qorumaq yollarını müzakirə etmək üçün bir araya gəlib. Bu, Baş nazir Sanae Takaiçi ötən ilin oktyabr ayında vəzifəyə başladıqdan bəri ilk belə danışıqlardır.

AZƏRTAC “Kyodo” agentliyinə istinadla xəbər verir ki, hökumət imperator ailəsinin statusunu müəyyən edən və varisliyi tənzimləyən 1947-ci il İmperator Evi Qanununa mümkün dəyişikliklər barədə parlamentin rəyini öyrənməyi planlaşdırır. Müzakirələr imperator ailəsi üzvlərinin sayının azalması ilə bağlı narahatlıqlar fonunda sabit varisliyi təmin etməyə yönəlmiş iki əsas təklif üzərində cəmləşib. Belə ki, 13 siyasi partiyanın imperator ailəsinin adi vətəndaşlara ərə gedən qadın üzvlərinin imperatorluq statuslarını saxlamalarına icazə verilməsi və keçmiş qollardan olan kişi varislərin ailəyə qəbul edilməsi ilə bağlı mövqelərini təqdim etməsi gözlənilir. Bu məsələ ilə bağlı danışıqların əvvəlki raundu ötən ilin aprel ayında keçirilib.

Hazırda 66 yaşlı İmperator Naruhitonun cəmi üç varisi var: onun kiçik qardaşı - 60 yaşlı vəliəhd şahzadə Fumihito, 19 yaşlı qardaşı oğlu, şahzadə Hisahito və 90 yaşlı əmisi şahzadə Hitaçi.

Şahzadə Hisahito imperator ailəsində yeganə subay kişidir. Mövcud qanuna görə, varislik ata nəslində imperator olan kişilərlə məhdudlaşır və adi bir vətəndaşa ərə gedən qadın üzvlər ailəni tərk etməlidirlər.

Yaponiyanın sülalə monarxiyasının ənənəvi olaraq 2600 ildən çox tarixi olduğu bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
2
azertag.az

3Sources